Suraxanı rayonunda avtobusda cibgirlik edən şəxs saxlanılıb. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
Hövsan qəsəbəsində avtobus sərnişini oğrunun qurbanı olub. Bir qadının çantasından pul, mobil telefon və sənədlər oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Umayev saxlanılıb. Axtarış zamanı ondan 312 qramdan artıq tiryək də aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.