Paytaxtın Suraxanı rayonu, Zığ şosesi 43 ünvanında güclü külək binanın daş örtüyünü qoparıb. Bu haqda Bakuplus.az Xəzər TV-yə istinadən məlumat verir.
Qırıntılar qoparaq yaxınlıqda park olunmuş avtomobillərin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Sakinlər binanın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən isə məsələni araşdıracaqlarını qeyd ediblər.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.