Emin Əmrullayev 1 şagird üçün nə qədər vəsait ayrıldığını açıqlayıb. Bu haqda bu gün. 15 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Elm və təhsil naziri Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, 1 şagirdin təhsili üçün 7000 AZN xərclənir.
“Bakıda ən böyük tutumu olan məktəbin 1 şagirdi üçün 600 AZN xərclənir, ucqar kənddə isə 30.000 AZN. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli və rasional xərclənməsi üçün tədbirləri davam etdirəcəyik", – deyə nazir qeyd edib.