Paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunun rəhbəri azadlığa buraxılıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə Mehdi Abbasov 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib. O, 23 noyabr 2021-ci ildən bu günə qədər həbsdə olduğu üçün cəzası çəkmiş hesab olunub və məhkəmə zalından azadlığa buraxılıb.
23 noyabr 2021-ci ildə “1033” gecə klubunda karantin qaydalarını kobudcasına pozduğu üçün müəssisənin rəhbəri M.Abbasov həbs olunmuşdur.