Mart ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az tibb mərkəzinə istinadən xəbər verir.
Ümumilikdə KTM-ə zəhərlənmə ilə bağlı 165 nəfər müraciət edib. Verilən məlumata görə, qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir. 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub. Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.