Bakıda 19 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Murad Zərbəlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin noyabr ayında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, 265 ünvanında aralarında yaranan münaqişə zəminində 19 yaşlı Fərhad Soltanovu qarnı və baldırından bıçaqlamışdı.