Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtobusların hərəkət sxemində dəyişiklik olub. Bu haqda 30 noyabr tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
30 noyabrdan Nərimanov rayonu, Ağa Nemətulla küçəsində aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən, avtobuslar müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə hərəkət edəcəklər.