top
2 – 8 iyun tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU
01 iyun 2025, 10:00
- ↺ +

2 – 8 iyun tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!

İyunun 2-dən 8-nə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik:

Qoç bürcü

Bu həftə sizi yorğunluq bürüyə bilər, ona görə də özünüzü yormamağa çalışın. Kiçik bir fasilə götürüb dincəlmək həyatınıza yeni enerji qatacaq. Həftənin sonuna yaxın gözlənilməz maddi qazanc ola bilər – bəlkə də unudulmuş bir borc sizə qaytarılacaq. İdman həyatınıza rəng qatacaq və özünüzü daha enerjili hiss edəcəksiniz. Amma diqqətli olun, ətrafınızda paxıllıq edən biri fürsət gözləyir.

Uğurlu günlər: 3, 7 iyun

Uğursuz gün: 5 iyun

 

Buğa bürcü

Bu həftə danışığınıza diqqət edin – dediyiniz hər söz əleyhinizə çevrilə bilər. Bəzi çətinliklər sizi sınağa çəkəcək, amma səbrli olsanız, gələn həftə vəziyyət düzələcək. Həftəsonu maliyyə baxımından sevindirici ola bilər. Sakitliyiniz başqaları tərəfindən zəiflik kimi qəbul edilə bilər, amma bu dəfə susmaq əvəzinə öz mövqeyinizi sərt şəkildə bildirin.

Uğurlu günlər: 6, 8 iyun

Uğursuz gün: 4 iyun

Əkizlər bürcü

Karyera sahəsində yeni imkanlar qapınızı döyür. Özünüzə güvənin və riskdən qorxmayın – nəticəsi uğurlu olacaq. Qadın Əkizlər üçün sevgi dolu etiraflar mümkündür, kişilər isə romantik addımlar atmaq üçün fürsət qazanacaqlar. Ancaq diqqətli olun, bəziləri sizin uğurlarınızı kölgələmək üçün fürsət axtarır.

Uğurlu günlər: 3, 4 iyun

Uğursuz gün: 8 iyun

Xərçəng bürcü

İş və təhsil sahəsində müsbət xəbərlər sizi sevindirəcək. Özünüzü inkişaf etdirmək üçün əla fürsətlər yaranacaq – yeni kurslara və layihələrə açıq olun. Maliyyə baxımından irəliləyiş olsa da, qənaət etməyi unutmayın. Səfərlərə və maşın idarə etməyə gəlincə, maksimum diqqətli olun – ehtiyatı əldən verməyin.

Uğurlu günlər: 2, 4 iyun

Uğursuz gün: 3 iyun

Şir bürcü

Həyatınızda dönüş nöqtəsi baş verə bilər. Əgər çoxdan bir məqsədə doğru çalışırsınızsa, bu həftə ilk nəticələr sizi sevindirəcək. Maddi baxımdan gözlənilməz gəlir mümkündür, lakin diqqətli olun – əlinizdə çox pul gəzməsin. İş mühitində qısqanclıq yarana bilər, ona görə də hər şeyinizi hər kəsə deməyin.

Uğurlu günlər: 5, 6 iyun

Uğursuz gün: 8 iyun

Qız bürcü

Pul və karyera baxımından yüksəliş gözlənilir. Sizə sərfəli bir təklif gələ bilər və bu, gələcəyinizə müsbət təsir edəcək. İnadkarlığınız və peşəkarlığınız sayəsində bir neçə yerdən iş təklifi mümkündür. Həftəsonu şəxsi münasibətlərdə qərarsızlıq yaşaya bilərsiniz, intuisiya ilə hərəkət edin.

Uğurlu günlər: 3, 7 iyun

Uğursuz gün: 5 iyun

Tərəzi bürcü

Sizi sürpriz görüşlər və gözlənilməz tanışlıqlar gözləyir. Bu həftə sosial həyatınız canlanacaq və yeni insanlar sizə enerji verəcək. Səfərlər, kurslar və fərqli fəaliyyətlər şəxsi həyatınıza rəng qatacaq. Subay Tərəzilər isə seçimlərində ehtiyatlı olmalıdırlar – hər mələk qanadlı olmur.

Uğurlu günlər: 4, 6 iyun

Uğursuz gün: 5 iyun

Əqrəb bürcü

İş axtaran və ya dəyişiklik arzulayan Əqrəblər üçün bu həftə qızıl fürsət ola bilər. Dostlarınızdan gələn qeyri-adi təkliflərə açıq olun – sizi gözlənilməz şəkildə irəli aparacaq. Həftənin ikinci yarısında emosiyalarınıza hakim olun, çünki əsassız mübahisələr mümkündür. Səbr qələbənin açarı olacaq.

Uğurlu günlər: 3, 4 iyun

Uğursuz gün: 6 iyun

Oxatan bürcü

Bu həftə verəcəyiniz qərarlar gələcəyiniz üçün həlledici olacaq. İş yerində diqqət mərkəzində olacaqsınız, amma bu da bəzi qısqanclıqları üzə çıxara bilər. Əgər kiməsə etibar etmirsinizsə, dostluğu yenidən nəzərdən keçirin. Hisslərini sizdən gizlədən biri var – bəlkə də sizin cavabınız üçün fürsət gözləyir.

Uğurlu günlər: 2, 5 iyun

Uğursuz gün: 3 iyun

Oğlaq bürcü

Həftənin əvvəlində çətinliklər olsa da, ortalara doğru hava açılacaq. Faydalı tanışlıqlar və maraqlı səfərlər gündəminizdə olacaq. Romantik anlar, hətta evlilik təklifləri ehtimal xaricində deyil. Sevgilisi olmayanlar isə bu həftə diqqətlərini tamamilə karyeralarına yönəltməlidirlər.

Uğurlu günlər: 4, 6 iyun

Uğursuz gün: 7 iyun

Dolça bürcü

Sənədləşmə, müqavilə və hüquqi məsələlər üçün münasib zamandır. Səyahətə çıxmaq istəyi varsa, tərəddüd etməyin – bu istirahət sizə lazım idi. Xarici görünüşünüzü dəyişmək istəsəniz, vaxtıdır – bu, hər kəsi heyrətləndirəcək. Sevgi mövzusunda tələsməyin, hələlik özünüzə fokuslanın.Uğurlu günlər: 2, 6 iyun

Uğursuz gün: 8 iyun

Balıqlar bürcü

Bu həftə sizin üçün hərtərəfli sınaqlar dövrü olacaq. İş sahəsində yeni tapşırıqlar və imkanlar sizi gözləyir. Əgər bu fürsətləri düzgün dəyərləndirsəniz, maddi yüksəliş qaçılmazdır. Amma şəxsi münasibətlərdə diqqətli olun – emosiyalarınızı cilovlamaq bu həftənin əsas dərsidir.

Uğurlu günlər: 4, 7 iyun

Uğursuz gün: 5 iyun

Son xəbərlər

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Oxşar xəbərlər