top
Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər... - ŞİKAYƏT
08 oktyabr 2026, 13:43
- ↺ +

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər".

Bunu qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib.

O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar: "Bu hadisə bilərəkdən törədilib. Hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır.

Sonuncu hadisə isə oktyabrın 5-i günorta saatlarında baş verib. Həmin gün qardaşım oğlu dərsdə olub. Bu oğlan ona zəng vurub məktəbin arxasına çağırıb və "səninlə işim var" deyib. Qardaşım oğlu dərsdən çıxıb onun dediyi yerə gəlib.

Məktəbin arxasına çatanda həmin oğlan qardaşım oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib.

Bizim başımızın hüzrə qarışmasından istifadə edib işi həll etmək, uşağı məsuliyyətdən yayındırmaq istəyirlər. Aldığımız məlumata görə, hazırda uşağın anlaqsız olması barədə sənəd hazırlatdırırlar ki, onu məsuliyyətdən azad etsinlər. Bu üsulla bizim uşağın qanını batırmaq istəyirlər. Cinayəti törədən uşağın anası deyir ki, məsələni ört-basdır edəcəklər".

Z.Ağayev bildirib ki, ailə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından yardım istəyir və hadisənin obyektiv araşdırılmasını xahiş edir.

Qeyd edək ki, Bakının Nizami rayonunda orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Son xəbərlər

Xəbər
Dünən, 20:54

"Bolt" sürücüsünü mahnıya görə döydü, həbs olundu

Xəbər
Dünən, 20:00

23-29 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 11:00

Anasının seçdiyi qızla evləndi, bir gecədə saçı ağardı - Xalq artistinin anım günüdür

Yasamal
21 noyabr 2026, 17:45

"Park Yasamal"ın qarşısında nizamsız parklanma küçəni daraldıb

Yasamal
21 noyabr 2026, 16:30

Bakıda oğru "Xala bağışla, səhv gəlmişəm" deyib qaçdı

Xəbər
21 noyabr 2026, 15:55

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Xəbər
21 noyabr 2026, 14:23

Bakıya güclü yağış yağacaq

Xəbər
21 noyabr 2026, 13:29

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Xəbər
21 noyabr 2026, 12:03

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Xəbər
21 noyabr 2026, 11:16

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Aktual Xəbərlər
21 noyabr 2026, 10:41

Azərbaycan nefti ucuzlaşıb

Xəbər
21 noyabr 2026, 09:31

Bakıda ağac təhlükə yaradır - sakinlərdən şikayət

Aktual Xəbərlər
20 noyabr 2026, 22:02

Pul verməyən sakinlər liftə buraxılmır? – 17 mərtəbəli binada qalmaqal

Kriminal
20 noyabr 2026, 21:00

"Qalmağa yerimiz yoxdur" deyib, ev sahibini soydular

Aktual Xəbərlər
20 noyabr 2026, 20:26

BDU-nun prorektoru vəzifəsindən azad edilib

Xəbər
20 noyabr 2026, 19:51

Uşaq Fondu Hökumət Evindən çıxarıldığını bildirir

Xəbər
20 noyabr 2026, 18:48

Qətlə yetirilən Gülarənin atası: "Özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım"

Xəbər
20 noyabr 2026, 17:00

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Xəbər
20 noyabr 2026, 16:14

Xırdalanda oğul ondan "nə vaxt evlənirsən?" soruşan anasını döydü

Xəbər
20 noyabr 2026, 15:38

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Xəbər
20 noyabr 2026, 14:44

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

Xəbər
20 noyabr 2026, 13:03

Sabah Bakıda 20 dərəcə isti olacaq

Xəbər
20 noyabr 2026, 12:36

ABŞ-də yaşayan aparıcı Hüsniyyənin övladlarının məktəbində bomba təhlükəsi

Xəbər
20 noyabr 2026, 11:42

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Oxşar xəbərlər