Bakıda pomidor turşusundan zəhərlənən azyaşlı qız sağalıb. Bu haqda bu gün, 26 noyabr tarixindı Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat yayıb.
2 dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva tənəffüs aparatından ayrılıb, danışmağa başlayıb.
12 noyabr tarixində Aytac və atası Rica Mirzəyev zəhərlənmə diaqnozu ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdir. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmişin atasını xilas etmək mümkün olmamışdır.