Bakıda 20 Yanvar faicəsinin ildönümü ilə əlaqədar yürüş keçirilib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az xəbər verir.
Faciənin 34-cü ilində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhidlər xiyabanını ziyarət ediblər. Onlar “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyublar. Daha sonra xiyabana insan axını başlayıb. Rəsmi qurumların əməkdaşları, məmurlar və sakinlər Şəhidlər xiyabanına üz tutublar.
Saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
[URIS id=126999]