Bakı 20 Yanvar faciəsinin ildönümünə hazırlaşır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Faciənin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Layihəyə təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunublar.
Bundan əlavə, ənənəvi olaraq xiyabanda geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, eləcə də işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur.
Hazırlıq işlərinin 19 yanvar tarixinə qədər yekunlaşması nəzərdə tutulub.
[URIS id=126628]