Bakı Nəqliyyat Agentliyi 11 ay ərzində paytaxtın küçə və prospektlərində yaradılmış piyada keçidlərinin sayını açıqlayıb. Bu haqda 20 dekabr tarixində Report məlumat yayıb.
Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində kompleks tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidləri inşa olunub. Qəza hallarının minimuma endirilməsi məqsədilə 22 küçə və prospektdə 106 eynisəviyyəli piyada keçidi yaradılıb.
Vətəndaşlardan Bakı Nəqliyyat Agentliyinə daxil olunmuş yeni piyada zolaqlarının təşkili ilə bağlı müraciətlərin 68%-i təmin edilib.