“2022 Formula-1 Azərbaycan Qran Prisi könüllülər proqramı”na qeydiyyat 13 yanvar tarixindən başlayıb.
10-12 iyun 2022-ci il tarixində keçiriləcək beynəlxalq müsabiqəyə öz töhfəsini vermək, eləcə də vaxtını səmərəli keçirmək və yeni insanlarla tanış olmaq istəyənlər qeydiyyatdan keçməklə bu şansı qazana bilərlər.
Tədbirin sonunda hər bir könüllü Bakı Şəhər Halqası (BŞH) və Formula-1 tərəfindən verilən sertifikat ilə təltif olunacaqlar.
Qeydiyyat linki: http://volunteers.bakucitycircuit.com