Keçən il paytaxt ərazisində aşkarlanan silah-sursatın sayı açıqlanıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Ümumilikdə 167 odlu silah, 65 qumbara, eləcə də 3834 ədəd döyüş sursatı yığılıb. Qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah isə keçirilən əməliyyat tədbirləri nəticəsinə götürülüb.