top
26 iyun Silahlı Qüvvələr Günüdür
25 iyun 2025, 13:01
- ↺ +

26 iyun Silahlı Qüvvələr Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

26 iyun 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə, milli silahlı qüvvələrin təsis edilməsi istiqamətində mühüm addım sayılan, ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılmasından 107 il ötür.

Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ardınca hökumət tərəfindən ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının  təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süquta uğraması ilə ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra  Ulu Öndərin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi olunması gerçəkləşdi.

1993-cü ildə xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.

Ümummilli Liderin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi 30 ildən artıq düşmən tapdağında olan torpaqların azad edilməsi ilə nəticələndi. 2023-cü il, sentyabrın 20-də keçirilən antiterror əməliyyatı isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına tarixi nailiyyətə imza atdı, Azərbaycan konstitusiya quruluşunu və suverenliyini bərpa etdi, ədalət qələbə çaldı.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
29 oktyabr 2026, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
29 oktyabr 2026, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
29 oktyabr 2026, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər