“28 May” metro stansiyasının ətrafında yeni infrastrukturun qurulması planlaşdırılır. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, metronun qarşısında abadlaşdırma işləri aparılacaq.
Abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur.
Həmçinin Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.
12 mart tarixindən etibarən “28 May” metro stansiyasının qarşısına şəxsi avtomobillərin girişi qadağan edilib.