Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışan Azər Əkbərov 42 yaşında dünyası dəyişib. Bu haqda bu gün, 24 noyabr tarixində onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Bildirilib ki, həkim uzun vaxt xərçəng xəstəliyindən əziyyət çəkib. Əkbərov bu gün Bakıda dəfn olunacaq.
Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında cərrahiyyə şöbəsində çalışmışdır. O, tibb xidmətinin mayoru olub, hərbi həkim işləmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, Respublika Diaqnostika Mərkəzində işləmişdir. Əkbərov 44 günlük müharibədə hərbi həkim kimi xidmət etmişdir.