Səngəçal qəsəbəsində qala divarlarının üzə çıxdığını iddia edən videogörüntülər yayılır. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Dekabr ayının 7-də baş verən təbii fəlakətdən sonra çəkilən videonun Otman Bozdağ vulkanının yaxınlığında lentə alındığı bildirilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, məlumatın dəqiqliyini yoxlamaq üçün əraziyə mütəxəssis qrupu göndərilib. Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək.
[video width="636" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/12/npsgiqifosl2lr1c.mp4"][/video]