top
5 aylıq qızını öldürən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
15 iyun 2022, 03:10
- +

5 aylıq qızını öldürən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Bakıda 5 aylıq qızını boğaraq öldürən şəxs barəsində hökm oxunub. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 15 iyun tarixində xəbər verir.

Ötən ilin yanvar ayının 15-də Səbail rayonu, 20-ci sahədə yaşayan Güloğlan Nağıyev 5 aylıq qızını öldürmüşdür.

Araşdırmalar zamanı, hadisəni törədən şəxsin sözlərinə görə, o, qızını sakitləşdirmək məqsədilə üzü üstə çarpayıya uzadaraq, yorğanla üstünü tam bağlayıb. Üstünü açıb, nəfəs almadığını görərək əvvəlcə ona süni nəfəs verib, daha sonra uşağı dəhlizdə divana uzadaraq, Təcili Tibbi Yardıma zəng vurub.

Həkimlər evə gələrək, qızın artıq öldüyünü bildiriblər.

Dünyasını dəyişən körpənin anası Məriyam Nəsirova ifadəsində göstərib ki, həyat yoldaşı ondan hər zaman oğlan uşağı istəyib:

“Həyat yoldaşımla mübahisələrimizin səbəblərindən biri də Güloğlanın işləməyimə narazılıq etməsi idi. 2020-ci ilin sentyabr ayında axşam işdən evə qayıdanda, içkili olan ərim mənimlə mübahisə etdi. Məni evdən qovdu və uşaqları döydü. 2 gün parkda yatdım. Güloğlanın məni döyməsi və evdən çıxarması ilə bağlı 8-ci polis bölməsinə şikayət etdim. Daha sonra polis əməkdaşlarının köməkliyi ilə evə qayıtdım. Hadisədən bir həftə əvvəl işdən evə qayıdarkən balaca qızım Yağmurun boğazında qırmızı iz və ağzından köpük gəldiyini gördüm. Ərimin bu hərəkətlərinə baxmayaraq, işə gedərkən məcbur qalıb uşaqları onun yanında qoyurdum. Yanvarın 14-də axşam yenə də Yağmurun sifətinin göyərdiyini gördüm. Güloğlandan nə baş verdiyini soruşduqda, o əli ilə uşağın üzünü tutub, sıxdığını dedi. Dedi ki, uşaqların səsini qəbul etmir, buna səbri çatmır. Ayın 15-i saat 20:00 radələrində işdən evə gələndə, Yağmurun öldüyünü bildim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güloğlan Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

[caption id="attachment_48610" align="alignnone" width="800"]Foto Lent.az saytı Foto Lent.az saytı[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 17:55

50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO

Xəbər
Dünən, 17:30

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Xəbər
Dünən, 16:39

Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu

Xəbər
Dünən, 16:21

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

Xəbər
Dünən, 15:40

Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı

Xəbər
Dünən, 15:07

İlk dərs günü BİABIRÇILIQ: canlı yayım açıb elektron siqaret çəkdilər - VİDEO

Xəbər
Dünən, 14:18

Azərbaycanda yeni voleybol klubu yaradıldı

Xəbər
Dünən, 12:29

Atası ilə birləşib ərini ö!dürmüşdü, hər ikisinə HÖKM OXUNDU

Xəbər
Dünən, 12:00

İlqar Xəyal doğum günüdür

Xəbər
Dünən, 11:30

Kişi pilləkənlərdən yıxılıb öldü

Xəbər
Dünən, 11:00

Əsgər getmək istəməyənlərə cinayət işi AÇILDI

Xəbər
Dünən, 10:30

Bakıda kişi evində ölü tapıldı

Xəbər
Dünən, 10:00

Sənətkarın ölümündən 20 il keçir...

Xəbər
Dünən, 09:36

Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 07:00

Bu gün minlərlə şagird məktəb təhsilinə başlayır

Xəbər
14 sentyabr 2026, 17:38

İşə gecikdi, rəhbəri inanmadı – Uşağının canına and içdi

Xəbər
14 sentyabr 2026, 15:57

Müəllimlərin ikinci sertifikasiya prosesi nə vaxt olacaq? - Nazir AÇIQLADI

Xəbər
14 sentyabr 2026, 13:15

Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub

Xəbər
14 sentyabr 2026, 12:27

Masazır dairəsinə girişdə ucu-bucağı görünməyən tıxac

Xəbər
14 sentyabr 2026, 11:44

Adına küçə verilən, Neft Daşlarını kəşf edən neftçi Qurban...

Xəbər
14 sentyabr 2026, 10:41

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü — Kobud danışığa görə

Xəbər
14 sentyabr 2026, 09:30

Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi - YENİLƏNİB + VİDEO

Xəbər
13 sentyabr 2026, 21:00

14-20 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
12 sentyabr 2026, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Oxşar xəbərlər