5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub. Bu haqda 14 yanvar tarixində Report məlumat verib.
Səbail rayonunda yerləşən 5 nömrəli Kliniki Doğum Evinə tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Vəfa Hüseynzadə yeni baş həkim vəzifəsinə təyin edilib. O, bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun(ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Hüseynzadə 2002-ci ildə ETMGİ-da həkim, anestezioloq-reanimatoloq kimi işə başlayıb, 2003-cü ildən 2021-ci ilin yanvar ayına qədər elmi və böyük elmi işçi, eyni zamanda praktik cərrah, mama-ginekoloq kimi fəaliyyət göstərib.