Bakının 8 Noyabr prospektində təmir işləri aparılacaq. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Martın 15-dən sözügedən prospektin Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində əsaslı təmir işləri aparılacaq.
Agentlik həmin yoldan istifadə edən sürücülərdən diqqətli olmalarını xahiş edir. Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.