Ağadadaş Ağayev məhkəməyə müraciət edib.
Report xəbər verir ki, Xalq artisti “Medera Hospital”ı məhkəməyə verib. O, klinika tərəfindən ona mənəvi zərərin ödənilməsini tələb edib. Onun müraciəti hakim Nigar Nəbizadənin icraatına verilib. Müraciətə yaxın günlərdə baxılacaq.
Cari ilin iyul ayında “Medera Hospital”da Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.