Dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Nasazlığa görə eyni marşrut üzrə hərəkət edən 05 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə olub.
Yolda ilişib qalan sərnişinlər üçün səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Həmçinin “20 Yanvar” dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə reys təyin edilib.