Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) noyabr ayı ərzində Bakı şəhərində yerinə yetirilmiş işlər barədə məlumat verib. Bu haqda 9 dekabr tarixində AAYDA məlumat verib.
Yerinə yetirilmiş işlərin siyahısı:
- Əsaslı təmir edilib – 4 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 4400 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 25.220 kv.metr
- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 790 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 6 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 4800 p/metr
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 2590 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 22.756 kv.metr
Qeyd edək ki, AAYDA tərəfindən son təmir işləri Bakıxanov qəsəbəsində uzunluğu 3.2 km uzunluğa malik olan Nazim İsmayılov küçəsində aparılıb.