Bakının Göyüş Qarayev küçəsi təmir edilir. Bu haqda 29 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.
Uzunluğu 290 metr olan küçənin köhnə örtüyünün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.
[caption id="attachment_72199" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]