“Abzas Media”nın baş redaktoru saxlanılıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sevinc Abbasova (Vaqifqızı) xaricdən qayıdarkən hava limanında saxlanılıb. Daha sonra onun evində axtarış aparılıb. Bu haqda baş redaktorun vəkili Elçin Sadıqov məlumat yayıb.
Daha öncə “Abzas Media” saytının direktoru Ülvi Həsənli qaçaqmalçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunmuşdu.