“Abzas Media”nın əməkdaşları barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə saytın direktoru Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sevinc Abbasova barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Sözügedən şəxslər barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb.