“Abzas media” əməkdaşlarının həbs müddəti uzadılıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Strukturun direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə onlar barəsində daha 2 ay 29 gün həbs qətimkan tədbiri seçilib.
Ötən il 20 noyabr tarixində Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.