Bakıda “Abzas Media” saytının direktoru Ülvi Həsənli saxlanılıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Bildirilib ki, o, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
“Abzas Media”nın ofisində vəkil Zibeydə Sadıqovanın iştirakı ilə axtarış aparıldığı bildirilir.
Həsənlinin saxlanma səbəbi hələlik məlum deyil.