Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əməkdaşı dünyasını dəyişib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Lilipar Cəfərova 74 yaşında vəfat edib. O, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Texnologiya fakültəsi və tikiş məmulatlarının texnologiyası ixtisasına (mühəndis-texnoloq) yiyələnmişdir.
L.Cəfərova 1967-ci ildən müxtəlif müəssisələrdə çalışıb. Son 24 ildə isə ADİU-nun Dizayn kafedrasında fəaliyyətini davam etdirirdi.
Ailəli idi, dörd övladı, nəvələri var.