Bakıdakı ADA Universiteti ərazisində iki binadan ibarət olan “Cənub Kampusu” layihəsi tikiləcək. Bu haqda bu gün, 6 fevral tarixində Ölkə.az məlumat verib.
Kampusun F və G binalarının ümumtikinti işlərinin satın alınması məqsədilə elan olunan açıq tenderə yekun vurulub.
Tikinti işlərini tenderin qalibi “Ricon” MMC görəcək. Universitet tikinti şirkəti ilə 9.342.559 manat məbləğində satınalma müqaviləsi imzalayıb.