Hədələmədə təqsirləndirilən iş adamına hökm oxunub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Vahid Xələfov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Nazirlər Kabinetinin İşlər idarəsinin müdiri Hikmət Xəlilovu hədələyərək ondan 4 milyon 165 min manat tələb edib.