Adam öldürən qardaşlar barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmənin verdiyi qərara əsasən, Rahib Lətifov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşları – Qorxmaz Lətifov və Ramil Lətifov isə hər biri 2 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum ediliblər.
2021-ci ilin 27 noyabr tarixində Sabunçu qəsəbəsində 3 qardaş 21 yaşlı Fərid Əliyev və onun dostu 25 yaşlı İrşad Əliyevi bıçaqlamışdılar. Nəticədə 1 nəfər dünyasını dəyişmişdi.