top
Adına küçə verilən, Neft Daşlarını kəşf edən neftçi Qurban...
27 oktyabr 2025, 12:49
- ↺ +

Adına küçə verilən, Neft Daşlarını kəşf edən neftçi Qurban...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq arasında "Neftçi Qurban" adı ilə məşhur olan Qurban Abbasov 1926-cı il oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra "Azərneft" Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, "Gürgənneft" NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Təhsilini davam etdirərək, Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirib.

Qurban Abbasov Bakı Neft Texnikumunda təhsil aldığı dönəmlərdə əlaçı tələbə olub. 1959-cu ildə diplom işini əla qiymətlə müdafiə edib, texnik-qazmaçı sənətinə yiyələnib. 

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunub. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 

Q.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. "Şelf-1" tipli yarımdalma üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olub. Bu qurğular 200 metrlik dərinlikdə işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaradıb.

Q.Abbasovun 28 Aprel, Kaveroçkin adına, 26 Bakı Komissarı adına, Oktyabr İnqilabı adına kimi iri yataqların kəşf edilməsində mühüm xidmətləri olub. "Titan-2" üzən kranı onun adını daşıyır.

Bundan əlavə, onun şərəfinə Bakının Bayıl qəsəbəsindəki küçələrin birinə "Neftçi Qurban küçəsi" adı verilib. 

Qeyd edək ki, ötən gün mərhum neftçi Qurban Abbasovun doğum günü idi. 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Bu gün, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Bu gün, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
Dünən, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Dünən, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Dünən, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Dünən, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Dünən, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Dünən, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Dünən, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Dünən, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Xəbər
Dünən, 00:01

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
12 oktyabr 2026, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
12 oktyabr 2026, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
12 oktyabr 2026, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
12 oktyabr 2026, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
12 oktyabr 2026, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
12 oktyabr 2026, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
12 oktyabr 2026, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
12 oktyabr 2026, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
12 oktyabr 2026, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
12 oktyabr 2026, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
12 oktyabr 2026, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Oxşar xəbərlər