Heydə Əliyev Beynəlxalq Aeroportu bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir.
Bu gündən başlayaraq yanvarın 7-nə qədər artan sərnişin axını ilə əlaqədar zəruri tədbirlər həyata keçirilib.
Həmin müddət zamanı mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.