Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sənətçinin qızı Həcər İsrafilovanın sözlərinə görə, tanınmış qarmon ifaçısının vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur.
Aftandil İsrafilov ötən ilin dekabr ayında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Daha sonra o, müalicəsini evdə davam etdirmişdir.