Aktobe - Bakı təyyarəsi paytaxta çatmadan təcili eniş edib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Qazaq Air” şirkətinin məlumatına əsasən, Aktobedən qalxan təyyarə Atırau Hava Limanında təcili eniş etməyə məcbur olub. Buna səbəb sərnişinlərdən birində qanaxmanın başlamasıdır.
O, Təcili Tibbi Yardımın köməkliyi ilə Hava Limanından xəstəxanaya çatdırılıb.