Azərbaycanlı ifaçı Aleksandr Rıbak ilə duet oxuya bilər. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak Bakıdakı konsertində Əməkdar artist Səbinə Babayeva ilə duet oxumağı planlaşdırır.
Konsertin təşkilatçısı Mətin Nəsirli məsələ ilə bağlı bildirib ki, Səbinə xanım Rıbakın dostlarından biridir: “O cəhətdən düşündük ki, maraqlı konsepsiya yaradaq. Onların duet ifaları gözlənilir”.
Bundan əlavə, Rıbak 22 nəfərlik heyətlə çıxış edəcək. Konsert 28 və 29 fevral tarixlərində baş tutacaq.