top
Ana dili təhlükədə: Gənclər niyə düzgün yaza bilmir? - AÇIQLAMA
08 oktyabr 2025, 11:30
- ↺ +

Ana dili təhlükədə: Gənclər niyə düzgün yaza bilmir? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illər gənclər arasında ana dilində yazı və danışıq bacarıqlarının zəifləməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.

Sosial şəbəkələrdəki yazışmalarda, imtahan cavablarında və hətta universitet səviyyəsində belə dil xətalarının artması bu problemin miqyasını göstərir. Mütəxəssislərin fikrincə, səbəblər çoxdur — oxu mədəniyyətinin geriləməsi, rəqəmsal aləmin təsiri, məktəblərdə dil tədrisinin formal xarakter daşıması və milli ruhun zəifləməsi bu mənzərənin əsas amilləri kimi önə çıxır.

Bəs, görəsən, gənclərin dil biliklərinin zəif olmasına kim cavabdehdir: texnologiya, təhsil sistemi, yoxsa ailə və cəmiyyət?

Mövzu ilə bağlı Bakuplus.az-a münasibət bildirən təhsil eksperti İlqar Orucovun sözlərinə görə, ana dilində biliklərin zəif olması onu göstərir ki, biz gəncləri yetərincə milli ruhda böyüdə bilməmişik:

"Gənclərin xeyli hissəsinin Azərbaycan dilində yazmaq bacarıqlarının zəif olması müşahidə edilir. Düşünürəm ki, bunun səbəbləri müxtəlifdir. Ən başlıca səbəb cəmiyyətimizdə kifayət qədər oxu mədəniyyətinin inkişaf etməməsidir. Digər tərəfdən rəqəmsallaşma kifayət qədər gənclərin vaxtının çox hissəsini alır. Çünki gənclər artıq gün ərzində zamanın çox hissəsini kompüter, sosial şəbəkə hesablarında keçirirlər. Hətta təhsil məlumatlarını belə kitablardan yox, internet vasitələrindən əldə edirlər.  

Eyni zamanda, digər səbəb son illər müxtəlif dillərə marağın artmasıdır. Gənclərdə xarici dilləri öyrənmək həvəsi var. Düşünürlər ki, Azərbaycan dilində danışa bilirlərsə, bu, kifayətdir. Amma elə deyil, ana dilində danışmaq kifayət etmir. Çünki danışa bilsən də, yazmaq zamanı gələndə bütün hər şey ortaya çıxır. Bu məsələdə böyük rol məktəbin üzərinə düşür. İlkin biliklər orada aşılanır. Gənclər ana dilini məktəbdən öyrənib, həyata atılırlar. Məktəblərdə dərslər düzgün keçirilməlidir. Ana dili dərsləri kifayət qədər çox olmalıdır. Hər kəs anlamalıdır ki, ana dili vacibdir, onu bilməyi mütləqdir. Bu göstəricilərin hamısı ona gətirib çıxarır ki, biz gəncləri yetərincə milli ruhda böyüdə bilməmişik".

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva saytımıza açıqlamasında vurğulayıb ki, tələbələr öz fikrini çox zaman sərbəst və ardıcıl ifadə edə bilmir, fikirlər arasında məntiqi əlaqə qurmaqda çətinlik çəkirlər:

"Çox həssas bir mövzuya toxunmusunuz. Buna görə öncədən təşəkkür edirəm. Gənclərin ədəbi dilə, dilimizin incəliklərinə yetərincə bələd olmamasına təkcə işə müraciət edənlər arasında deyil, bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr arasında da, çox təəssüf ki, sıx-sıx rast gəlinir. Tələbələr öz fikrini çox zaman sərbəst və ardıcıl ifadə edə bilmir, fikirlər arasında məntiqi əlaqə qurmaqda çətinlik çəkirlər. Bu, bir tərəfdən, onların söz ehtiyatının çox kasad olması, elmi-nəzəri ədəbiyyatı oxuyub anlamaq vərdişinin olmamasından qaynaqlanır, digər tərəfdən, orta məktəbdə verilən təhsilin yetərsizliyi belə arzuolunmaz durumlara yol açır. Orta məktəbdə qrammatik qaydaları əzbərləməklə ədəbi dilin normativlərinə yiyələnmək mümkün deyildir. Bütün imtahanların testlə verilməsi nitq mədəniyyəti qarşısında ciddi əngələ çevrilib. Məncə, məktəblərə imla, inşa və ifadə yazıları qaytarmaq lazımdır. Bunlar olmadan, hazırkı tədris üsulu ilə ədəbi dilin qənaətbəxş tədrisinə və nitq mədəniyyətinin inkişafına nail olmaq, savadlı yazı və ifadə tərzinə sahib olmaq olduqca çətindir".

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
27 oktyabr 2026, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
27 oktyabr 2026, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
27 oktyabr 2026, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
27 oktyabr 2026, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
27 oktyabr 2026, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
27 oktyabr 2026, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
27 oktyabr 2026, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
27 oktyabr 2026, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
27 oktyabr 2026, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
27 oktyabr 2026, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Oxşar xəbərlər