Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-12, gündüz isə 13-17 dərəcə isti olacaq.