AQTA paytaxtın Xəzər rayonunda yerləşən ictimai iaşə obyektlərində reyd keçirib. Bu haqda bu gün, 21 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Rayonun Binə qəsəbəsi, Hicran Hasilov küç., ev 50 ünvanında yerləşən “Fərid” şadlıq sarayında keçirilən baxış zamanı, karantin qaydalarına riayət olunmadığı aşkarlanıb.
İctimai iaşə obyektinin portaldan qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil etdiyi məlum olub.
Müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub.