Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları respublika ərazisində yoxlamalar aparıblar. Ümumilikdə 83 obyektdə reyd keçirilib, onlardan 63-ü cəzalandırılıb. Bu haqda bu gün, 15 fevral tarixində agentliyin mətbuat xidməti məlumat verib.
Belə ki, Bakı ərazisində "P AND P LTD" MMC-yə məxsus istixana, "Harmoniya" şirniyyat istehsalı və satışı mağazası, "Dr.Milk" MMC-yə məxsus süd məhsullarının istehsalı müəssisəsi, A.M.Şərifzadə küçəsi, 196 ünvanında yerləşən ət dükanı, Şərifzadə küçəsi, 154a ünvanında yerləşən “Bizim Market” mağazası, Təbriz küç., ev 100a ünvanında yerləşən "Zeytun Pharmaceuticals" apteki, M.Mehdizadə küçəsi, ev 12c və E.Xəlilov küç., ev 1 ünvanlarıında yerləşən "Azəri Med" apteki, "Papaq Lunch" restoranı, R.İsmayılov küçəsində yerləşən "Army" market, "Milord" şadlıq sarayı, "Keşlə" market, "Firavan" şadlıq sarayı, "Oskar" şadlıq sarayı, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən ərzaq mağazası, Ak.M.Qaşqay küçəsi, ev 987 ünvanında yerləşən "Rahat" supermarket, "Sarı Gəlin" şadlıq sarayı, Ə.Əliyev küçəsi, ev 26 ünvanında yerləşən "Azza" mağazası və digər müəssisələr cərimələnib.
Ümumilikdə yoxlamalar zamanı Bakıda obyektlərə qarşı 27 protokol tərtib olunub.