Bakının Nizami rayonunda arvadını öldürən şəxsin məhkəməsi başa çatıb. Bu haqda bu gün, 16 fevral tarixində APA məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən proses zamanı Vüsal Bayramov 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinib.
Hadisə ötən ilin sentyabr ayında baş verib. M.Şərifli küçəsində Vüsal Bayramov öz həyat yoldaşını qətlə yetirib. Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.
Daha öncə Bayramov öz arvadını necə öldürdüyünü açıqlamışdı.