“ASCO Arena”da təmir işləri aparılır. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Səbail” Futbol Klubunun ev oyunlarını keçirdiyi stadionda transformator sıradan çıxıb. Bununla bağlı stadionda bir müddətdir təmir işləri aparılır. Təmirin nə vaxt bitəcəyi barədə məlumat yoxdur.
İşıqlandırma sistemindəki problem səbəbindən “Səbail” “Kəpəz”, “Qəbələ” və “Şamaxı”ya qarşı olan son 3 ev oyununu günorta saatlarında keçirib.