Atasını öldürən şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Pərvin Yusifli 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyul ayında paytaxtın Nizami rayonunda baş verib. Rayon ərazisində yerləşən evlərin birində P. Yusifli 56 yaşlı Rəsul Yusifovu bıçaqlayaraq qətlə yetirib.