Bakı Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bayram günləri ilə əlaqədar sərnişin axınını nəzərə alaraq, 18-26 mart tarixləri arası Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
Xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.