Avtovağzalın yanındakı yol təmirə bağlanır. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissəsində (estakadadan YDM-ədək) aparılacaq təmir işlərinə başlanılıb. Bununla əlaqədar 19 aprel saat 08:00-dan etibarən 21 aprel saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib.