Qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
24 yanvar axşam saatlarına qədər hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Külək güclənəcək, yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yüksək ərazilərdə buz bağlayacağı ehtimal olunur.
Bu gün və sabah Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0-2 dərəcə şaxta arası olacağı bildirilir.