Bakıda yollar buz bağlayacaq. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 0 dərəcəyə yaxın, axşam isə 1 dərəcəyədək şaxta olacaq.
14 və 15 yanvar tarixlərində bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlanma ehtimalı var.